TASK HUB Group - Menecment platforması

Tapşırıq, iclas və qərar
bir platformada.

Komanda tapşırığı burada verir, lövhədə izləyir, iclası burada keçirir və protokolu burada təsdiqləyir. Video zəng, daxili yazışma və şirkət poçtu da eyni yerdədir — ayrı-ayrı alətlər arasında keçid yoxdur. Sizin Sistemləşmiş Asistantınız.

Bu gün
✓Həftəlik iclasın protokoluJalə
Regional satış hesabatıToğrul
MeetHub: müştəri zəngi · 15:00Aytac
✓EmailHub: müqavilə cavabıRaşad
Aylıq üzləşməni təsdiqləAli
canlı sinxronizasiya

Platformada nə var?

Altı modul, bir hesab. Hər modul digərini tamamlayır — tapşırıq iclasa, iclas protokola, protokol yenidən tapşırığa çevrilir.

Tapşırıqlar və lövhə

Kimə, nə vaxta qədər, hansı şöbə üzrə — hamısı bir cədvəldə. Lövhədə işçi × status matrisi ilə sürüşdürüb vəziyyəti dəyişirsiniz.

İclaslar və protokollar

Həftəlik cədvəl, iştirakçılar, gündəlik. İclasdan sonra protokol yaranır, qərarlar məsul şəxslərə tapşırıq kimi düşür.

MeetHub — video iclas

İştirakçıları seçib platformanın içində görüntülü danışın: ekran paylaşımı, söhbət, əl qaldırma. Zəng WhatsApp tipli bildirişlə gəlir.

EmailHub — şirkət poçtu

Öz poçt qutunuzu qoşun: məktub oxuyun, cavab verin, fayl əlavə edin, vaxtı ilə planlaşdırın. Interfeys Outlook kimidir.

ChatHub — daxili yazışma

Fərdi və qrup söhbətləri, fayl və şəkil göndərmə, oxundu statusu. İş yazışması platformadan çıxmır.

KPI və hesabatlar

Şəxs və şöbə üzrə yük, icra faizi, gecikmələr, orta icra müddəti. Nəticəni CSV kimi çıxarıb rəhbərliyə təqdim edirsiniz.

Komanda və idarəetmə

Platforma çoxşirkətlidir: TASK HUB ana şirkət, digər şirkətlər onun müştərisidir. Hər şirkət yalnız öz məlumatını görür.

Komanda və icazələr

İşçilər, şöbələr, rollar. Hər istifadəçi yalnız ona verilən bölmələri görür — icazələr bir kliklə dəyişir.

Mühasibatlıq və üzləşmə

Hesablar, ödənişlər, avanslar və çeklər. Dövr üzrə üzləşmə sənədi iki tərəfin təsdiqi ilə bağlanır, PDF kimi çıxarılır.

Bildirişlər

Yeni tapşırıq, iclas vaxtı və protokol təsdiqi — platformada, e-poçtla və WhatsApp ilə xatırladılır.

Rollar və təhlükəsizlik

Hər kəsin öz hesabı var. Girişlər qorunur, hərəkətlər jurnalda saxlanılır — kim, nə vaxt, nəyi dəyişdi.

Necə başlayır?

  1. 1

    Daxil olun

    Şirkətinizdən verilən hesabla girin — və ya dəvət kodu ilə qeydiyyatdan keçin.

  2. 2

    Tapşırıq paylaşın

    Məsul şəxsi, son tarixi və şöbəni seçin. Lövhədə vəziyyəti sürüşdürərək dəyişin.

  3. 3

    İclas keçirin

    Cədvəldə iclas yaradın, MeetHub ilə onlayn görüşün, protokolu təsdiqləyin.

  4. 4

    Nəticəni izləyin

    KPI və hesabatlarda icra faizini, gecikmələri və komandanın yükünü görün.